Korporativ hüquq
- Biznesin yaradılması;
- Biznes fəaliyyətinin hüquqi dəstəyi;
- Hüquqi şəxsin təsis sənədlərinin hazırlanması və qeydiyyatı;
- Şirkətlərin qeydiyyat məlumatlarına dəyişiklikliklərin edilməsi;
- Daxili korporativ sənədlərin hazırlanması;
- Hissə sənədlərinin alınması və satılmasının hüquqi müşayiəti;
- Hüquqi şəxsin yenidən təşkil olunması (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və şirkətlərə məxsus payların alqı-satqısı;
- Şirkətin, biznesin satılmasının hüquqi müşayiəti;
- İflas və müflisləşmə məsələlərinə hüquqi dəstək;
- Hüquqi şəxslərin ləğvi prosesinin həyata kecirilməsi;
- Rəqabət və antiinhisar qanunvericiliyinə dair məsləhətlərin verilməsi;
- Şirkət fəaliyyətinin hüquqi müşaiyəti və hüquqi auditi;
- Şirkətin sənədləşməsinin mövcud qanunvericiliyə uyğunluğunun yoxlanılması;
- Şirkətin daxili sənədlərinin və müqavilələrin hazırlanması.
- Hüquqi sənəd dövriyyəsinin təşkil edilməsi;
- Şirkət əməkdaşlarının hüquqi marifləndirilməsi;
- Korporativ mübahisələrin həlli;
- Hüquqi rəylərin hazırlanması.
Müqavilə hüququ
- Bütün növ müqavilələrin hazırlanması, danışıqların aparılması və müqavilələrin icrası zamanı hüquqi dəstək;
- Müqavilələrin bağlanması, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı məsələlərin hüquqi tənzimlənməsi;
- Bütün növ müqavilələrin ekspertizası;
- Niyyət məktublarının, məxfilik və məlumatların qorunması haqqında razılaşmaların tərtibi;
- Müqavilələrin ləğvi və etibarsız hesab edilməsi zamanı hüquqi yardım.
Kommersiya hüququ
- Müəssisə və təşkilatların müqavilə üzrə öhdəliklərini icra etməsinə hüquqi dəstək;
- Bütün növ ərizə, vəsatət, şikayət və sazişlərin hazırlanması;
- Borcun və dəymiş ziyana görə kompensasiyanın tutulmasına hüquqi dəstək;
- Hüquqi şəxslərin kreditorlarının və ya debitorlarının hüquqlarının müdafiəsi və qanuni maraqlarının qorunması;
- Sübutların toplanmasında hüquqi dəstək;
- Kommersiya mübahisələrinin məhkəməyəqədər və məhkəmə qaydasında həlli;
- Yerli və xarici hüquqi şəxslərin məhkəmələrdə və dövlət orqanlarında təmsil edilməsi;
- Xarici dövlətlərin məhkəmə qərarlarının Azərbaycan Respublikasında tanınması;
- Yerli və xarici hüquqi və fiziki şəxslərin mediasiya və məhkəmə prosesində maraqlarının müdafiə olunması və mübahisələrin həlli.
Bank hüququ
- Bank hesablarının açılması;
- Bank, bank olmayan kredit təşkilatı, investisiya fəaliyyəti və sığorta lisenziyasının alınması;
- Kredit müqavilələrinin bağlanması zamanı hüquqi məsləhətlərin verilməsi və təmsilçilik;
- Bank və bank olmayan kredit təşkilatları ilə girov və ipoteka münasibətlərinin tənzimlənməsinin hüquqi müşayiəti;
- Bank qarantiyasının əldə edilməsinin hüquqi müşayiəti;
- Banklar, bank olmayan kredit təşkilatları və Lizinq şirkətləri ilə mübahisələrin həlli;
- Yerli və xarici hüquqi və fiziki şəxslərin mediasiya və məhkəmə prosesində maraqlarının müdafiə olunması və mübahisələrin həlli.
Vergi hüququ
- Vergi qanunvericiliyinə dair məsləhətlərin verilməsi;
- Vergi məsələləri və biznes əməliyyatları üzrə yaranacaq vergi öhdəlikləri və tənzimləmələri barədə hüquqi rəylərin verilməsi;
- Vergi mübahisələrinin həlli;
- Vergi yoxlamaları zamanı hüquqi dəstək;
- Vergi orqanlarının çıxardığı qərarların və hərəkətlərin hüquqi ekspertizası;
- Vergi yoxlamaları olan zaman təşkilatların maraqlarının təmsil edilməsi, vergi yoxlama aktlarına etirazların hazırlanması və vergi ödəyicisinin hüquqlarının müdafiəsi;
- Vergi mübahisələrinin məhkəməyəqədər və məhkəmədə həlli.
Miqrasiya hüququ
- Miqrasiya xidmətlərinin göstərilməsi;
- Müvəqqəti yaşayış üçün icazənin alınması və müddətin artırılması;
- İş icazəsinin alınması;
- Elektron vizaların alınması və viza müddətinin uzadılması;
- Yaşayış yeri üzrə qeydiyyatın aparılmasına hüquqi dəstək;
- Daimi yaşamaq üçün icazənin alınması və vətəndaşlıq üçün hüquqi dəstək.
Gömrük hüququ
- Gömrük hüququ ilə bağlı ilkin məsləhətlərin verilməsi;
- Gömrük ilə olan münasibətlərdə hüquqi dəstək vermək, idxal və ixrac proseduru ilə əlaqədar hüquqi məsləhət və təmsilçilik xidmətləri;
- Yerli və xarici hüquqi və fiziki şəxslərin məhkəməyəqədər və məhkəmə qaydasında maraqlarının müdafiə olunması və mübahisələrin həlli.
Əmlak hüququ
- Daşınmaz əmlak alqı-satqısı zamanı bütün hüquqi sənədlərin hazırlanması;
- Daşınmaz əmlakın (yeni tikilmiş binada mənzilin və s.) alqı-satqısı zamanı sənədləşmənin hüquqi müşayiəti;
- Daşınmaz əmlak (ev, obyekt, torpaq sahəsi və s.) hüquqlarının dövlət qeydiyyatına alınması, bununla bağlı hüquqların müdafiəsi üzrə hüquqi xidmətlər;
- Tikinti və investisiya layihələrinə kompleks hüquqi konsaltinq xidmətləri;
- Mənzil münasibətləri, mənzil toxunulmazlığı və yaşayış sahəsi mülkiyyətçisinin hüquqları ilə bağlı münasibətlərdən irəli gələn mübahisələrin həlli;
- Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə dair hüquqi məsləhətlərin verilməsi;
- İcarə və kirayə müqavilələrinin hazırlanması və bununla bağlı hüquqi məsləhətlərin verilməsi;
- Əmlak hüquqlarının məhkəməyəqədər və məhkəmədə müdafiəsi;
- Maddi və mənəvi ziyan, əldən çıxmış fayda ilə bağlı tələblərin məhkəməyəqədər və məhkəmə qaydasında həlli.
Vərəsəlik hüququ
- Vəsiyyətnamənin hazırlanmasına dəstək və prosesin hüquqi müşayiəti;
- Mirasa dair əmlak hüquqlarının müdafiəsi;
- Mirasa dair əmlak hüquqlarının dövlət qeydiyyatı zamanı hüquqi dəstək;
- Vərəsəlik hüququ ilə bağlı yaranmış mübahisələrin həlli.
Tikinti hüququ
- Şirkətlərin tikinti müqavilələrinin hazırlanması və bununla bağlı danışıqlarda təmsil edilməsi;
- Layihələndirmə və tikinti üzrə hüquqi dəstək;
- Dövlət qurumları ilə danışıqların aparılması, işlərin təşkili və yekunlaşdırılması üçün dövlət icazələrinin alınması;
- və icazələrin alınması;
- Lisenziyaların alınmasına hüquqi dəstək;
- Tikinti qanunvericiliyinə riayət edilməsinin müşayiət edilməsi;
- Yerli və xarici hüquqi və fiziki şəxslərin məhkəməyəqədər və məhkəmə qaydasında maraqlarının müdafiə olunması və mübahisələrin həlli.
Əqli mülkiyyət hüququ
- Patent, əmtəə nişanları və müəlliflik hüquqları ilə bağlı sənədləşmənin aparılması;
- Əmtəə nişanlarının qeydiyyatı və sertifikatlaşdırma üzrə hüquq xidmətləri;
- Əqli mülkiyyət hüquqlarının qorunması üçün müqavilələrin tərtib edilməsi və təhlili;
- Əqli mükiyyət üzrə mübahisələrin məhkəməyəqədər və məhkəmə qaydasında həlli.
Ailə hüququ
- Nikah müqaviləsinin hazırlanması və hüquqi analizi;
- Nikahın pozulması, nikah pozulduqdan sonra əmlak bölgüsü və uşaqlarla bağlı yaranmış mübahisələrdə təmsilçilik və hüquqi məsləhətlərin verilməsi;
- Ailə münasibətləri ilə bağlı yaranmış mübahisələrin məhkəməyəqədər və məhkəmədə həlli.
Əmək hüququ
- Əmək müqavilələri, kollektiv sazişlər, daxili qaydalar və bu kimi hüquqi sənədlərin hazırlanması və təhlili;
- Rəqabət aparmama haqqında müqavilənin hazırlanması;
- Əcnəbilərin işəgötürmə müqavilələrinin hazırlanması və əcnəbilərin işə götürülməsinin hüquqi müşayiəti;
- İşəgötürənin və işçinin hüquqlarının məhdudlaşdırılması ilə əlaqədar mübahisələrin həlli;
- Əmək mübahisələri zamanı məhkəməyəqədər və məhkəmə prosesində təmsilçilik.
Sığorta hüququ
- Sığorta hüquq münasibətlərinin həyata keçirilməsinə hüquqi dəstək;
- Tibbi və sosial sığorta təminatının təşkil olunmasına dəstək;
- Sığorta hüququ ilə bağlı yaranmış mübahisələrin həlli.
İnzibati hüquq
- İnzibati aktın mübahisələndirilməsində hüquqi dəstək;
- Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı müraciət;
- İnzibati aktın qəbulu ilə bağlı inzibati orqanın üzərinə öhdəliyin qoyulması;
- İnzibati orqanın hərəkətsilziyindən müdafiə
Cinayət hüququ
- Hüquqi və fiziki şəxslərin hüquq-mühafizə orqanlarında hüquq və maraqlarının qorunması;
- Cinayət işləri üzrə hüquqi və fiziki şəxslərin məhkəmələrdə hüquq və maraqlarının qorunması;
- Cinayət işləri üzrə ərizələrin, vəsatətlərin və şikayətlərin hazırlanması.
İnzibati xəta hüququ
- İnzibati xətalara dair işlər üzrə ərizələrin və şikayətlərin hazırlanması;
- İnzibati xətalara dair işlər üzrə mübahisələrin məhkəməyəqədər və məhkəmədə həll edilməsi.
İcra hüququ
- Məhkəmə qərarlarının icrası ilə bağlı tələbkar və borcluların hüquqlarının müdafiəsi.
İstehlakçıların müdafiəsi hüququ
- İstehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı hüquqi məsləhətlərin verilməsi;
- İstehlakçıların hüquqlarının pozulması ilə bağlı məhkəməyəqədər və məhkəmə prosesində təmsilçilik.
İnsan hüquq və azadlıqlarının müdafiəsi hüququ
- Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi;
- Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının pozulması ilə bağlı Konstitusiya məhkəməsinə şikayətlərin verilməsi;
- ״İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında״ Konvensiyanın pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin verilməsi.
Hüquq konsultasiyası
- Hüquqi şəxslərin istənilən təşkilati-hüquqi formasının yaradılması ilə əlaqədar məsləhətlərin verilməsi;
- Bank, bank olmayan kredit təşkilatı, investisiya fəaliyyəti və sığorta lisenziyasının alınması üçün məsləhətlərin verilməsi;
- Kredit müqavilələrinin bağlanması zamanı hüquqi məsləhətlərin verilməsi;
- Hüquqi şəxslərin kreditorlarının və ya debitorlarının hüquqlarının müdafiəsi və qanuni maraqlarının qorunması üçün ləğvetmə prosesinə uyğun hüquqi məsləhətlərin verilməsi;
- Məhkəmə icraatında olan tələblərlə bağlı ilkin hüquqi məsləhətlərin verilməsi;
- Əmək mübahisələri ilə bağlı hüquqi məsləhətlərin verilməsi;
- Vergi qanunvericiliyinə dair məsləhətlərin verilməsi;
- Vergilərin planlanması və artıq vergi xərclərinin aradan qaldırılması ilı bağlı məsləhətlərin verilməsi;
- Daşınmaz əmlakın icarə və kirayə müqavilələri ilə bağlı hüquqi məsləhətlərin verilməsi;
- Nikah müqaviləsi, nikahın pozulması, nikah pozulduqdan sonra əmlak bölgüsü və yaranmış mübahisələrlə bağlı hüquqi məsləhətlərin verilməsi;
- İstehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı hüquqi məsləhətlərin verilməsi.
Back To Top
Konsultasiyaya yazıl
Aşağıdakı bölməyə məlumatlarınızı daxil etməklə konsultasiyaya yazıla bilərsiniz. Sorğunuzun təsdiqi ilə bağlı email ilə bildiriş alacaqsınız.
Mesajınız uğurla qeydiyyatdan keçdi. Gün ərzində əməkdaşlarımız sizinlə əlaqə saxlayacaq və bütün detallar barədə məlumat verəcəklər.