Təhsil və iş təcrübəsi

2017-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub və təhsili dövründə BDU Tələbə Hüquq Jurnalının baş redaktoru, Topçubaşov Məhkəmə Müsabiqəsinin baş koordinatoru olub. Azərbaycanda bank və dəniz qazma şirkətlərində işləyib, beynəlxalq hüquqla bağlı müsabiqələrdə ABŞ və digər ölkələrdə hakimlik edib, habelə Türkiyədə bir müddət əhəmiyyətli qazma layihəsində kadrlar işinin idarə edilməsinə cəlb olunub. Korporativ, müqavilə və beynəlxalq kommersiya hüququ üzrə ixtisaslaşıb.